Kabildə mikroavtobusun partladılması nəticəsində azı 3 nəfər ölüb

  • By ilhame
  • 09 Yanvar 2024 20:15

Əfqanıstanın paytaxtı Kabil şəhərində mikroavtobusun partladılması nəticəsində azı 3 nəfər ölüb, 4 nəfər yaralanıb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Əfqanıstanın “Ariana News” telekanalı məlumat yayıb.

 

Kabil Polis Departamentinin nümayəndəsi Xalid Zadran bildirib ki, səlahiyyətlilər partlayışla bağlı bir şübhəlini saxlayıb.

 

Daha əvvəl yanvarın 6-da “Khaama Press” agentliyi Kabildə avtobusda partlayış baş verdiyi, nəticədə 5 nəfərin öldüyü, 15 nəfərin yaralandığı barədə məlumat vermişdi. Partlayıcı qurğu avtomobilin içərisinə yerləşdirilmişdi.

Gununsesi.info