“Kəpəz” “Qəbələ”yə qalib gəlib

  • By ilhame
  • 23 Fevral 2024 20:25

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV tura start verilib.

 

Gununsesi.info xəbər verir ki, günün yeganə matçında “Kəpəz” və “Qəbələ” komandaları Qəbələdə qarşılaşıblar.

Görüş “Kəpəz”in 2-1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Bu qələbədən sonra “Kəpəz” 23 xalla 9-cu, “Qəbələ” isə 15 xalla sonuncu – 10-cu pillədə qərarlaşıb.

 

Qeyd edək ki, turun digər oyunları fevralın 24-25-də keçiriləcək.

Gununsesi.info