İvanişvili Gürcüstanın baş naziri vəzifəsinə namizədlər irəli sürə biləcək

Hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili ölkənin baş naziri vəzifəsinə namizəd irəli sürmək səlahiyyətini alıb.

Gununsesi.info xəbər verir ki, bu, yenilənmiş partiya nizamnaməsindən irəli gəlir.

Sənədə əsasən, siyasi şura “partiyanın fəxri sədrinin namizədliyi əsasında Gürcüstanın baş nazirinin namizədliyini təsdiq edir”.

Bundan əlavə, partiyanın fəxri sədrinin və ya siyasi şuranın qərarı ilə partiyanın növbədənkənar qurultayı çağırıla bilər.

Sənəddə o da qeyd olunur ki, siyasi şura partiyanın fəxri sədri və partiya qurultayında seçilən 15 üzvdən ibarətdir.

Gununsesi.info