
Abşeronda itkin düşən məktəbli qızlar tapılıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev məlumat verib.
“Dünən günorta saatlarından Abşeron rayonunda 2010-cu təvəllüdlü iki məktəblinin itkin düməsi üzrə daxil olan məlumat üzrə dərhal polis əməkdaşları tərəfindən axtarışa elan edilib.
Müəyyən edilib ki, həmin uşaqlar ailə üzvlərini məlumatlandırmadan Kürdəmir rayonuna nənəsin yanına gediblər.
Əməldə hər hansı kriminal tərkib yoxdur.”
Gununsesi.info