
Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər sakit, təhlükəsiz, rəqabətli keçdi və demokratiyaya doğru bir addım oldu.
Gununsesi.info xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili deyib.
“Çətin siyasi və qütbləşmiş seçki mühitinə baxmayaraq, Gürcüstanda seçkilərin sakit, ədalətli, təhlükəsiz və rəqabət mühitində keçdiyini söyləmək olar”, – Zurabişvili bildirib.