İtaliyada 2300 illik bürünc heykəllər tapılıb – MARAQLI (FOTOLAR)

  • By arzu
  • 18 Noyabr 2022 17:06

İtaliyanın Tosqana bölgəsində termal su hovuzlarının olduğu Caciano de Baqnidə qazıntılar zamanı 2300 illik keçmişi olan bürünc heykəllər kəşf edilib.

Gununsesi.info Türkiyənin “TRT Haber” kanalına istinadən xəbər verir ki, uzunluğu 1 metrədən böyük olan heykəllər son dərəcə yaxşı qorunaraq bu günümüzə qədər gəlib çatıb. Buna səbəb hovuzun dibindəki palçıq olub.

Xəbərdə bunlardan başqa, Latınca yazılmış çox sayda əlyazma və minlərlə mədəni pulun tapılması bildirilir.

Həmin pullar yunan-roma mifologiuası dönəmmlərinə aiddir. Qazıntılar zamanı kəşfin sahibi Yakobbo Tabollo etdiyi açıqlamasında bunları deyib: “Bu, tarixi yenidən yaza biləcək, dünyanın hər tərəfindən 60-dan çox usta mütəxəssisin üzərində çalışdığı bir kəşfdir”.

 

 

Tərcümə:

Arzu Sayadoğlu.

Gununsesi.info