
Daxili İşlər Nazirliyi AY Partiyanın sədri Anar Əsədlinin ölkədən çıxışına qoyulan qadağa barədə açıqlama yayıb.
Nazirliyin şöbə rəisi Elşad Hacıyevin yaydığı açıqlamada deyilir:
Partiya sədri Anar Əsədlinin ölkədən çıxışına qadağa qoyulması onun iki vətəndaşdan daxil olmuş şikayət əsasındadır. Hər iki vətəndaşın şikayəti dələduzluqla bağlıdır. A.Əsədli yalan vədlər verərək onların birindən 150 min, digərindən isə 10 min ABŞ dolları pullarını alaraq mənimsəyib.
Hər iki müraciətlə bağlı Daxili İşlər Nazirliyində araşdırma aparılır. Onun ölkəni tərk etməsinə qoyulan məhdudiyyət də məhz bu araşdırmalarla əlaqədardır.
Günay
Gununsesi.info