
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Federasiyasını Prezidenti Vladimir Putinlə telefonda danışıb.
Gununsesi.info Türkiyənin “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, prezidentlər telefon danışığı zamanı ikitərəfli münasibətləri, Taxıl sazişi ilə bağlı yenilikləri və diplomatik görüşlərin canlandırılması mövzularını müzakirə ediblər.
Türkiyə Prezidenti Taxıl anlaşmasının uzadılması ilə bağlı Putinə təşəkkürünü bildirib. Xəbərdə yazılır ki, liderlər həmin anlaşmanın müddətinin daha 120 gün uazdılmasına dair razılaşma əldə ediblər.
Liderlər Rusiya və Ukrayna savaşının uzanmasının riskləri artıracağına toxunaraq bu səbəblə diplomatik görüşlərin çoxaldılmasını dilə gətiriblər. Son günlərdə Amerika və Rusiya Kəşfiyyat Orqanları rəhbərlərinin Türkiyədəki görüşünün Ukrayna savaşı ilə bağlı ərazidə nəzarətsiz gərginliyin önünə keçilməsi üçün açar rolunun oynaması ifadə edilib.
Rusiya Prezidenti Putinin ölkəsində təbii qaz mərkəzinin qurulması təklifindən məmnuniyyətini dilə gətirən Ərdoğan ortaq hədəflərə çata bilmək üçün heyətlərin lazımi texniki, hüquqi və ticari dəyərləndirmələr etdiklərini söyləyib.
Ayrıca, Türkiyə Prezidenti İstanbuldakı terror hücumu ilə bağlı başsağlığı üçün Vladimir Putinə təşəkkürünü bildirib.
Tərcümə:
Arzu Sayadoğlu.