“Vicdan haqqı” serialında canlandırdığı “Larisa” obrazı ilə məşhurlaşan aktrisa Çimnaz Sultanova paylaşımı ilə gündəmə gəlib.
Gununsesi.org Oxu.Az-a istinadla xəbər verir ki, cazibədar aktrisa sosial şəbəkədə karantindən sonra toy qiymətlərini endirdiyini açıqlayıb. Ç.Sultanova “Facebook” hesabında bu sözləri yazıb:
“Pandemiya dövrünü nəzərə alaraq, bütün tədbirlərə və reklamlara 50 faiz endirim etdik”.
Qeyd edək ki, populyar estrada müğənnisi Nura Suri də karantindən sonra toy qiymətlərində endirim edəcəyini açıqlayıb.
Gununsesi.org
COMMENTS