
Milli Məclisdə “Əfv institutu-Amnistiya aktı İnsan hüquqlarının təminatı institutu kimi: reallaşdırılmasının aktual problemləri” mövzusunda vətəndaş cəmiyyəti və ekspertlərlə birgə ictimai dinləmələr keçiriləcək.
Gununsesi.info xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin 2023-ci il yaz sessiyası üçün iş planına daxil edilib.
Qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin 100 illiyi ilə bağlı may ayında əfv sərəncamının imzalanması planlaşdırılır.
Gununsesi.info