İrəvan məhkəməsi sabiq MTX şefini İTTİHAM ETDİ

İrəvan məhkəməsi Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vanetsyana qarşı iki maddə üzrə ittiham irəli sürüb.

Gununsesi.info “Gazeta.ru”ya istinadla xəbər verir ki, bbarədə MTX-nin sabiq direktorunun vəkili Ervand Varosyan məlumat verib.

 

E.Varosyan deyib: “A.Vanetsyanın saxlanılmasının qanunsuz olduğunu başa düşən istintaq tələsik olaraq ona qarşı iki maddə üzrə ittiham irəli sürülüb”.

Onun sözlərinə görə, MTX-nin sabiq direktoru hakimiyyəti zorla ələ keçirmək niyyəti və N.Paşinyana sui-qəsd hazırlanmasında ittiham edilib.

Gununsesi.info