Puerto Riko ABŞ-ın 51-ci əyaləti olmağa can atır

  • By admin
  • 04 Noyabr 2020 17:23

Puerto Riko sakinləri növbəti dəfə adanın ABŞ-ın 51-ci ştatı olmasına səs veriblər.

Gununsesi.info xəbər verir ki, bu barədə “ABC News” telekanalı məlumat yayıb.

Seçicilərin 52 faizinin (səslərin 95 faizinin hesablanması nəticəsində) ABŞ-a qoşulmağa səs verdikləri qeyd olunur. Bununla belə, puerto rikalıların istəyinin hüquqi qüvvəsi yoxdur, seçim ABŞ Konqresində qalır.

Qeyd edək ki, Puerto Riko 1898-ci ildən bəri ABŞ ərazisi kimi tanınır. Ölkənin sakinləri ABŞ vətəndaşıdır, lakin prezident seçkilərində səs verə bilməzlər və ABŞ Konqresində məhdud səs hüquqlarına sahib cəmi bir nümayəndəsi var.

 

Gununsesi.info