İstanbulda qeyri-qanuni yaşayan azərbaycanlılarla görüş olacaq

İyulun 22-31-də Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş konsulluğunda bu şəhərdə qeyri-qanuni yaşayan Azərbaycan vətəndaşları ilə görüş keçiriləcək.

Gununsesi.info bildirir ki, görüşlər şənbə və bazar günləri saat 10.00-18.00, iş günləri 16.00-19.00-da keçiriləcək.

HTML tutorial

Görüş zamanı pasport, vətəndaşlıq vəziyyəti aktlarının, qeyd şəhadətnamələri (doğum haqqında şəhadətnamə, nikah haqqında şəhadətnamə və s.) və digər konsulluq əməliyyatlarının həyata keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, İstanbulda təxminən 200 minədək qanunsuz yaşayan Azərbaycan vətəndaşının olduğu deyilir.
Onların əksəriyyəti Naxçıvan Muxtar Respublikasının sakinləridir.

 

Şəbnəm

Gununsesi.info