Tamahkar məmurlar acgöz qurdlar kimi xalqın ətini yeyib, qanını içəcək qədər azğınlaşıb, vampirləşiblər – Başqan Arzu Sayadoğlu

  • By arzu
  • 07 İyul 2023 17:48

“Ölkə problemləri Azərbaycan hökumətinin başına bəla olacaq. Neçə ki, imkan var, idarəçi məmurlar xalqın dərdini almalı, problemlərini həll etməlidir”.

Gununsesi.info xəbər verir ki, bu sözləri saytımıza özəl açıqlamasında Xalqa Xidmət Hərəkatı(XXH) Başqanı Arzu Sayadoğlu saytımıza açıqlamasında bildirib.

HTML tutorial

Durumdan narazılığını bildirən Sayadoğlu ictimai problemlərin xalqda narazılıq yaratdığını və səbəbkarın isə rüşvətxor məmurlar olduğunu vurğulayıb.

“Dəfərlərlə vurğulanır, onilliklərdir ki, Azərbaycanda vəhşi rüşvət sistemi var. Dövlət başçısı da gileylənib. Deputatlar da bu məsələni dəfələrlə gündəmə gətirib, qınayıblar. Tamahkar məmurlar acgöz qurdlar kimi xalqın ətini yeyib, qanını içəcək qədər azğınlaşıb, vampirləşiblər. Bunun adını da idarəçilik qoyublar. Buna son qoyulmalıdır”.

XXH Başqanı bildirb ki, ölkə idarəçilərinin yaratdığı daxili problemlər ölkəni çöl müdaxilələrə açıq hala gətirir.

“Bütövlükdə, xalqın siyasətdən və seçkidən uzaqlaşdırılması, siyasi partiyaların maliyyədən məhrum edilməsi Azərbaycanın taleyinə qarşı yerləəşdirilmiş mina rolunu oynayır. Bu suçların böyük bədəli ola bilər”, – deyə Xalqa Xidət Hərəkatı Başqanı A. Sayadoğlu söyləyib.

Gununsesi.info