Şənbə günü 39 dərəcə isti olacaq -PROQNOZ

Ölkə ərazisində iyulun 8-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında günəşli hava şəraiti gözlənilir. Cənub küləyi əsəcək.

HTML tutorial

Havanın temperaturu gecə 20-25, gündüz 33-38 dərəcə isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 752 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75%, gündüz 35-45% olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 34-39, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacaq.

Gununsesi.info