Yaşlı müəllimlər də sertifikasiyada iştirak edə biləcəklər

Yaşlı müəllimlər könüllü şəkildə sertifikasiyada iştirak edə biləcək.

Gununsesi.info xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev sertifikasiyadan yüksək nəticə əldə etmiş müəllimlərlə görüşdə sualları cavablandırarkən bildirib.

HTML tutorial

“Yaşlı müəllimlərin sertifikasiyada könüllü iştirak etməsi məsələsinə bütün prosedur yekunlaşandan sonra baxılacaq”, – deyə nazir bildirib.

Qeyd edək ki, bu il Azərbaycanda yaşı 60-ı keçən müəllimlər sertifikasiya imtahanına buraxılmayıb. Bu yaş kateqoriyasında təmsil olunan 5700-dən çox müəllimin sertifikasiyada iştirakına icazə verilməyib.

Gununsesi.info