İsraildə Netanyahunun istefa tələbi ilə aksiya

Oktyabrın 7-də blokada altında olan Qəzza zolağından həyata keçirilən hücumlarda həyatını itirən israillilərin ailələri ilk ayın anım mərasimində İsrailin baş naziri Binyamin Netanyahu və hökumətini istefaya çağırıb.

Gununsesi.info xəbər verir ki, müharibənin ilk ayının anım mərasimi üçün yüzlərlə insan Qərbi Qüdsdə İsrail parlamentinin qarşısına toplaşıb. Mərasimdə HƏMAS-ın həyata keçirdiyi hücumun tarixi olan 7 oktyabr üçün “7.10” şəklində düzülmüş şamlar və yəhudiliyin simvolu olan “David ulduzu” yandırılıb.

Anım mərasiminə qatılanların Qəzza zolağındakı israilli girovlar üçün “Onları evə gətirin” yazılan plakatlar ilə yanaşı, hökumət əleyhinə pankartlar da daşımaları diqqət çəkib. Anma mərasiminə qatılanlar Netanyahuya əllərindəki pankartla “Evə get” deyə səsləniblər. Hakim koalisiyadakı 64 deputata aid “64 verək və Qəzzada əsirləri geri alaq” yazılmış plakatlar daşınıb.

Oktyabrın 7-də baş verən hücumlarda valideynlərini itirən Maoz İnon anım mərasimində çıxış edərək Netanyahunu sərt şəkildə tənqid edib. “Bir ay keçdi. Netanyahu nə ailəyə başsağlığı vermək üçün zəng edib, nə də dəfn mərasimində iştirak edib. Ailələr dağılır. Danışdığım bütün ailələr kimi günahlandıracağını bilirlər: İsrailin baş naziri. Mən bura Netanyahuya “get” demək üçün gəlmişəm”, – deyə o bildirib.

Qəzza zolağı ətrafındakı Kissufim qəsəbəsində oğlunu itirən Yaakov Qodo çıxışında oktyabrın 7-də baş verənlərə görə İsrail hökumətini və baş nazir Netanyahunu günahlandırıb.

Mərasimdə şüarlar səsləndirilməyib və əsasən sakitlik hökm sürüb, lakin çıxışlar zamanı Netanyahunun adı hallananda kütlə fit çalaraq reaksiya verib.

Gununsesi.info