Putindən milliləşdirmə qərarı: Rusiyada müsadirə halları şirkət sahiblərini narahat etdi

Rusiya prezidenti Vladimir Putinin milliləşdirmə qərarından narahat olan rusiyalı oliqarxlar daha çox vergi ödəməyə razılaşıblar.

Gununsesi.info xəbər verir ki, Rusiyada müsadirə halları şirkət sahiblərinin narahatlığına səbəb olsa da, Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının sədri Aleksandr Şoxin də şirkətlərin daha yüksək vergi ödəməyə hazır olduğunu Putinə çatdırıb.

“Vedomosti” qəzeti yazıb ki, Rusiyada iri şirkətlər son 1,5 ildə baş verən müsadirələrlə bağlı narahatlıqlarını Vladimir Putinə çatdırıblar.

Məlumata görə, noyabrın 15-də keçirilən iclasda şirkət nümayəndələri müsadirə əvəzinə yüksək vergi ödəməyi təklif ediblər.

Qəzetə danışan şirkət nümayəndəsi özgəninkiləşdirmə işlərinin nüanslarını başa düşdüklərini, lakin tendensiyanın həyəcanverici həddə çatdığını söyləyib.

Rusiya Sənayeçilər və Sahibkarlar Assosiasiyasının prezidenti Aleksandr Şoxin də Putinə şirkətlərin daha çox vergi ödəməyə hazır olduqlarını bildirib.

Xəbərə görə, iştirakçılardan biri iclasdan “işlərin asanlaşacağı” hissi ilə ayrılmadıqlarını, buna baxmayaraq toplantının alqışlarla bitdiyini bildirib.

Qəzet yazıb ki, görüşdə 80-ə yaxın iş adamı iştirak edib.

Gununsesi.info