
Təl-Əviv sakinləri İsrail ordusunun blokada altındakı Qəzza zolağında “səhvən” üç məhbusu öldürdüyünü deməsindən sonra nümayiş keçirib.
Gununsesi.info xəbər verir ki, İsrail mətbuatının məlumatına görə, İsrail ordusunun bəyanatından sonra məhbusların ailələri və onlara dəstək verən Tel-Əviv sakinləri Baş Qərargah binası qarşısına toplaşıb.
Aksiya iştirakçıları əllərində Qəzzadakı israilli məhbusların fotoşəkilləri və adları olan plakatlar tutub və üzərində “Bütün məhbuslar azad edilməyincə qələbə yoxdur!”, “Vaxt daralır. Onları dərhal evlərinə qaytarın” şüarlar səsləndiriblər.
Nümayişçilər həmçinin İsrail hökumətini bütün əsirlərin azad edilməsi üçün təcili olaraq Fələstin müqaviməti ilə yeni müqavilə bağlamağa çağırıblar.
Qərbi Qüdsdə baş nazirin ofisi qarşısında da nümayiş keçirilib.
Məhkumların ailələri və onlara dəstək verən Qərbi Qüds sakinləri də İsrail baş nazirinin bölgədəki ofisi qarşısına toplaşıblar.
Etirazçılar hökuməti Qəzza zolağında Fələstinin Həmas hərəkatının saxladığı əsirlərin mübadiləsi ilə bağlı yeni saziş bağlamağa çağırıblar.
Bundan əvvəl İsrail ordusu blokadada olan Qəzza zolağında “səhvən” üç məhbusu öldürdüyünü bildirmişdi.
“Şücayyə döyüşü zamanı İsrail ordusu səhvən üç israilli məhbusu təhlükə olaraq tanıdı. Əsgərlər onlara atəş açıb və onlar həlak olublar”, – deyə məlumatda bildirilir.
Məhbusların Yotam Haim və Samer Talalka olduğu bildirilir və üçüncünün ailəsi onun adının açıqlanmamasını istəyib.
Xəbərdə İsrail ordusunun hadisə ilə bağlı təhqiqat başlatdığı, hadisənin baş verdiyi ərazinin son günlər aktiv döyüş bölgəsi olduğu bildirilib.
Gununsesi.info