
Amerikada maraqlı köpək yarışı keçirilib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu ölkənin Kaliforniya bölgəsində “ən gözəl kostyumlu köpək” yarışı təşkil edilib.
“Bitsy” adlı itin kraliça seçildiyi yarışda rəngli görüntülər ortaya çıxıb. Heyvanlar ən gözəl geyinən köpək ünvanını ala bilmək üçün bir-birləri ilə yarışıb.
Sn-Dieqodakı müsabiqəyə maraq olduqca böyük olub.
Bu il doqquzuncusu keçirilən yarışda əldə edilən gəlirlər sahibsiz qalan köpəklərin qidalanması üçün işlədiləcək.
Tərcümə: Arzu Sayadoğlu