
Çinin Vaşinqtondakı səfiri Xie Fei bildirib ki, Çin ABŞ-yə meydan oxumaq və hegemon olmaq niyyətində deyil.
Gununsesi.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Planladığımız son şey ABŞ-yə meydan oxumaq və ya onu yerindən etməkdir”
Xie Fei bildirib ki, Pekin Vaşinqtonun tərəfdaşı və dostu olmaq istəyir.
Eyni zamanda, o qeyd edib ki, Çinin müdafiə etmək niyyətində olduğu maraqları və prinsipləri var. Onun sözlərinə görə, Çin sülh və sabitlik üçün çalışacaq, lakin Tayvanı tərk etməyəcək.
Gununsesi.info