
İsrail ordusu gecə boyu Qəzza zolağının şimal və cənubundakı müxtəlif şəhərlərə qurudan və havadan zərbələr endirməyə davam edib.
Gununsesi.info xəbər verir ki, Fələstinin WAFA xəbər agentliyinin məlumatına görə, İsrail aviasiyası Qəzzanın qərbindəki Ən-Nəsr və Şeyx Ridvan yaşayış məntəqələrini bombalayıb.
Bundan əlavə, İsrail aviasiyası Əl-Şati və Cebaliya qaçqın düşərgələrində, həmçinin Qəzzanın qərbində və şimalında Beyt Lahia və Beyt Hanun şəhərlərində, cənubunda Xan Yunus və Rəfah şəhərlərində yaşayış məntəqələrini bombalayıb. e
İsrail ordusunun hücumları çoxlu sayda ölü və yaralı ilə nəticələnib.
Bundan əlavə, Qəzzanın şərqindəki ərazilər İsrail artilleriyasının zərbələrinə məruz qalıb.
Gununsesi.info