İspaniyada koronavirusdan ölənlərin sayı 11 000 nəfərə yaxınlaşır.
Gununsesi.org-un APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
İspaniyada son sutka ərzində virusa yoluxmuş 932 nəfər vəfat edib, bununla da bu günədək koronavirusdan ölənlərin sayı 10 935-ə yüksəlib.
Son 24 saat ərzində ölkə ərazisində 7472 yeni yoluxma faktı aşkarlanıb.
İspaniyada bu günədək koronavirusa yoluxanların sayı 117 710-a çatıb.
COMMENTS