“Türk Şurasının daha bir üzv dövləti Macar xalqı ilə həmrəylik nümayiş etdirdi. Azərbaycan hökuməti bu gün səfirliyimizə 10 min maska təhvil verdi”.
Gununsesi.org borosodigir.hu saytında istinadən xəbər verir ki, bu barədə Macarıstan Xarici İşlər və Ticarət naziri Peter Siyarto özünün Feysbuk səhifəsində məlumat verib.
A Türk Tanács újabb tagállama mutatott szolidaritást a magyar emberek irányába: Azerbajdzsán kormánya a mai napon 10…
Publicerat av Szijjártó Péter Torsdag 2 april 2020
Nazir bildirib ki, Macarısatana edilən ianəni ən qısa müddətdə sağlamlığın qorunması baxımından ön planda çalışan səhiyyə işçilərinə çatdırılması üçün tədbir görülür.
Xəbərdə qeyd edilib ki, hədiyyə qoruyucu maskalar Macarıstanın Bakıdakı səfirliyinə təslim edilib.
Qeyd edək ki, 5 gün öncə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycanda rəsmi səfərə gələrək bir sıra görüşlər keçirmişdi. Görüşdən foto:
Arzu
COMMENTS