“Erkenci Kuş”, “Çocuk”, “Mucize Doktor” kimi seriallarda rol alaraq populyarlıq qazanan aktrisa Cansın Çekili COVİD- 19 epidemiyasına yoluxub.
Gununsesi.org “qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə o, instaqram səhifəsində məlumat verib: “20 gündür alergiyamın olduğunu düşünürdüm. Keçən həftə xəstəxanaya getdim, edilən testin nəticəsi pozitiv çıxdı.
Çevrəmdən, ətrafımdan təcrid olunmuşam. Xəstəlik çox çətin və yorucu bir şeydir. Öskürməkdən sinəm ağrıyır. Çox sevdiyim şokodalın dadını ala bilmirəm. Qoxubilmə qabiliyyətim də itib. Səhhətinizə diqqət edin”.
Gununsesi.org
COMMENTS