İspaniya Fələstini tanıyır -Baş nazir

“Madrid Fələstinin paytaxtını Şərqi Qüds olaraq tanıdı”.

Gununsesi.info xəbər verir ki, bun İspaniyanın baş naziri Pedro Sançes deyib:

“İspaniya paytaxtı Şərqi Qüds olan Fələstin Milli Administrasiyasının (PNA) hakimiyyəti altında birləşmiş Qəzza zolağı və İordan çayının qərb sahili də daxil olmaqla Fələstin dövlətini tanıyır”.

Baş nazir vurğulayıb ki, Madrid 1967-ci ildən sonra Fələstin sərhədlərində hər hansı dəyişikliyi bütün tərəflər razılaşanadək tanımayacaq. İspaniya hökumətinin başçısı tanınmanın rəsmi təsdiqinin mayın 28-də baş tutacağına da aydınlıq gətirib.

Bundan əvvəl İrlandiyanın xarici işlər naziri Mixaul Martin bildirib ki, Dublin 1967-ci il sərhədləri daxilində Fələstin dövlətini tanımaq niyyətindədir.

Lakin o qeyd edib ki, bu, anklavda fəaliyyət göstərən hakimiyyətin tanınması demək deyil.

 

Gununsesi.info