Bu ölkə Ukraynaya çox sayda “F-16” qırıcısı verəcək

“Belçika hakimiyyəti 2028-ci ilə qədər Ukraynaya 30 ədəd “F-16″ qırıcı təyyarəsi təhvil verəcək. İlk qırıcıların 2024-cü ildə tədarük olunması nəzərdə tutulub”.

Gununsesi.info -nun verdiyi xəbərə görə, bu barədə Krallığın Xarici İşlər Nazirliyinin rəhbəri Adja Lyabib “Bel RTL” radiostansiyasının efirində bildirib.

“Belçika Ukraynaya 30 ədəd “F-16″nın tədarükünü öz öhdəsinə götürəcək, ilk təyyarələr bu ilin sonuna qədər təhvil verilməlidir”, – deyə Lyabib qeyd edib.

Gununsesi.info