İraqdakı koalisiya bazasını hədəf alan PUA vuruldu

İraqın Ərbil şəhərindəki Ərbil beynəlxalq hava limanı yaxınlığında yerləşən ABŞ-ın rəhbərlik etdiyi İŞİD əleyhinə koalisiya bazasını hədəf alan bomba yüklü pilotsuz uçuş aparatının (PUA) vurulduğu bildirilib.

Gununsesi.info xəbər verir ki, İraq Kürd Regional Rəhbərliyinin (KRG) Terrorla Mübarizə İdarəsi rəsmi Facebook hesabında bununla bağlı açıqlama yayıb.

Açıqlamada qeyri-qanuni silahlı birləşmələr tərəfindən həyata keçirilən və Ərbil beynəlxalq hava limanı yaxınlığındakı koalisiya bazasını hədəf alan bomba yüklü PUA-nın yerli vaxtla saat 21.07-də ​​vurulduğu bildirilib.

İraqda İran tərəfdarı olan milislərin də daxil olduğu “İraq İslami Müqaviməti” adlı qrup “Qəzzada hücumlara cavab olaraq” ABŞ və koalisiya qüvvələrinin yerləşdiyi bazalara tez-tez hücum etdiyini elan edir.

Gununsesi.info