
HƏMAS-ın Siyasi Büro üzvü Həmdan Livanın paytaxtı Beyrutda HƏMAS-ın ofisində 112 gündür İsrailin hücumu altında olan Qəzza zolağı ilə bağlı açıqlamalar verib.
Gununsesi.info xəbər verir ki, o vasitəçi ölkələrin İsrail və HƏMAS arasında yeni əsir mübadiləsi razılaşması və hücumların tamamilə dayandırılması ilə bağlı təkliflərini ciddi qiymətləndirdiklərini bildirib. “Müqavimət tərəfində (HƏMAS) əsir düşən sionist əsgərlərin sağ-salamat ailələrinə qovuşması üçün xalqımıza qarşı hücumların tamamilə dayandırılmasının vacibliyini vurğulayırıq”, – deyə o əlavə edib.
Həmdan İsrailin baş naziri Binyamin Netanyahunun xəyallar dünyasında olduğunu və israrla Qəzzaya qarşı müharibəni davam etdirərək bəzi məqsədlərinə çatmaq istədiyini ifadə edib.
Həmdan Netanyahunun öz yalanlarını və xəyallarını xalqına satmağa çalışdığını, Netanyahunun hər gün ölən əsgərlərin və HƏMAS-ın əsirliyində olan əsgərlərin həyatının vecinə almadığını vurğulayıb.
Gununsesi.info