
İranlı nüvə fiziki Möhsün Fəxrizadəni kimin öldürməsi ilə bağlı hər hansı fikirim yoxdur.
Gununsesi.org Axar.az-a istinadən xəbər verir ki, bunu israilli nazir Saxi Haneqbi deyib.
“Məsuliyyət daşıdığım üçün dodaqlarım möhürlənməyib. Həqiqətən bunu kimin etməsi ilə bağlı fikirim yoxdur”, – o bildirib.
Qeyd edək ki, İranın “nüvə proqramının atası” sayılan M.Fəxrizadənin Tehran yaxınlığında 26 noyabrda qətlinə görə İran rəsmiləri İsrail xüsusi xidmət orqanlarını ittiham edirlər.