İrəvanda növbəti etiraz aksiyası başlayıb

  • By arzu
  • 21 Noyabr 2020 16:05

İrəvanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə növbəti etiraz aksiyası başlayıb.

Gununsesi.org-un erməni KİV-lərinə istinadən məlumatına görə, aksiyada siyasi xadimlər də iştirak edir.

Aksiyada iştirak edən “Daşnaksutyun” partiyasının nümayəndəsi Geqam Manukyan müxalifətin N.Paşinyanın dərhal istefaya getməsini tələb etdiyini deyir:

“Bunun əvəzində isə hökumət müəyyən nazirləri dəyişməklə diqqətimizi yayındırmağa çalışır”.

Qeyd edək ki, Yerevanda aksiyalar noyabrın 10-dan etibarən davam edir. Son bir neçə gündür ki, etirazçılar şəhərin mərkəzi küçələrini bağlayır.

Gununsesi.org