
Movses Hakobyan vəzifəsində olarkən metal tullantıları 42 milyon dollara satırdı.
Gununsesi.org Trend-ə istinadən bildirir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan xalqa müraciətində deyib.
Müraciət zamanı Paşinyan Ermənistanın keçmiş baş qərargah rəisi Movses Hakobyanın ünvanına itihhamlar səsləndirib:
“Ehtiyatda olan general mətbuat konfransı keçirir və uğursuzluqlar barədə danışır. Ancaq unudur ki, o vəzifədə olanda 42 milyon dollarlıq metal tullantılarla bağlı cinayət işi açılmışdı”.