İranın paytaxtı Tehranda qaz balonu doldurma məntəqəsində partlayış baş verib.
Gununsesi.org-un APA-ya istinadla verdiyi xəbərə görə, partlayış Tehranın Xorasan meydanı yaxınlığında qeydə alınıb.
Hadisə şahidlərinin bildirdiyinə görə, bir neçə partlayış səsi eşidilib və güclü yanğın baş verib. Hadisə nəticəsində 2 nəfərin öldüyü və bir neçə nəfərin yaralandığı bildirilir.
Gununsesi.org
COMMENTS