Kəlbəcərin yolları asfaltlanır

Kəlbəcərin yolları asfaltlanır

Azərbaycan Respublikasının 28-ci ildir işğal altında qalan Kəlbəcər rayon mərkəzinə çəkilən yeni yolun bu günlərdə asfaltlanmasına başlanacaq.

Gununsesi.org Moderator.az-a istinadən xəbər verir ki, erməni nəşrlərinin yaydığı məlumata görə, bu barədə dünən-  iyunun 23-də Xankəndində Kəlbəcər rayon ərazisinin(qondarma “Şaumyan rayonu”) faktiki başçısı olan Ayk Petrosyanı qəbul edən separatçı-terrorçu erməni rejiminin başçısı Araik Arutyunyan tapşırıq verib. Eyni zamanda rayon kəndlərindəki küçələrə beton plitələr döşənməsi haqda qərar verilib.

Xatırladaq ki, söhbət 2019-cu ilin iyulunda  saytımızın barəsində məlumat verdiyi Ağdərə-Basarkeçər yolundan keçməklə Kəlbəcər rayon mərkəzindən Ermənistanın Gegarkunik mərzinin  Norabak və Şatvan kəndinə qədər çəkiləcək uzunluğu 25, 5 km  olacaq yolun  18 km-lik hissəsindən gedir.  Bu, Kəlbəcər rayon mərkəzindən Ağdərə-Basarkeçər yolunadək(Zodadək) olan yoldur…

Bu günlərdə işğalçı ölkə  və separatçı rejim  Qafandan Hadruta qədər uzanacaq uzunluğu 150 km olan yolun inşası ilə bağlı da  qərar verib.

Gununsesi.org

COMMENTS