“Kreml Ağ Evin keçmiş milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun kitabının məzmununu tədricən öyrənir”.
Gununsesi.org-un Gazeta.ru-ya istinadla məlumatına görə, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Sakit tərzdə oxuyuruq. Ancaq bu, Boltonun versiyasıdır. Belə deyək ki, bunlar bu cür yüksək vəzifəli məmurların səmimiyyəti üçün o qədər də xarakterik deyil”, – deyə, D.Peskov bildirib.
Onun sözlərinə görə, kitabdakı məlumatlar “başqalarına ötürülməsi nəzərdə tutulmayan” olduğu üçün diqqətlə yoxlanılmalıdır.
Xatırladaq ki, 2019-cu ildə C.Boltonun milli təhlükəsizlik müşaviri vəzifəsində fəaliyyəti barədə kitab yazacağı bəlli olub. Məhkəmə prezident administrasiyasının bütün cəhdlərinə baxmayaraq, kitabın nəşr edilməsinə icazə verib.
Gununsesi.org
COMMENTS