İrandan Azərbaycana narkotik keçirmək istədilər

İrandan Azərbaycana 6 kq 848 qram marixuana, 0.006 mq tiryək keçirilməsinin qarşısı alınıb.

Bu barədə Gununsesi.info-ya Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.

Bildirilib ki, narkotik keçirilməsinə cəhdin qarşısı Xidmətin Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində alınıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Gununsesi.info