ABŞ ordusuna məxsus qırıcı təyyarə qəzaya uğradı

ABŞ ordusuna məxsus qırıcı təyyarə qəzaya uğradı

ABŞ-da beşinci nəsil “F-35” qırıcı təyyarəsi qəzaya uğrayıb

Gununsesi.org xəbər verir ki, bu barədə məlumat “The Drive” jurnalında dərc edilib.

“F-35” döyüş təyyarəsi Florida ştatında yerləşən Eglin Hərbi Hava Qüvvələrinin eskadrilyasına məxsus olub.

Pilot Florida üzərindəki hava məkanında olarkən qırıcı üzərində nəzarəti itirib. O, katapult edərək sağ qalıb.

Xəbərdə qeyd olunub ki, bir neçə gün əvvəl ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “F-22” də qəzaya uğramışdı.

 

 

Gununsesi.org

COMMENTS