İranda saxlanılan Fərid Səfərli məsələsi ilə bağlı bütün addımlar atılır

  • By ilhame
  • 27 Yanvar 2024 11:45

İranda saxlanılan azərbaycanlı tələbə Fərid Səfərli məsələsi ilə bağlı bütün addımlar atılır.

 

Gununsesi.info-nun məlumatına görə bunu XİN rəhbəri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

 

“Burada ilkin ittiham cinayət məcəlləsinin bir maddəsi üzrə idisə, işin gedişində daha yumşaq qərar qəbul edildi. Fərid Səfərliyə 2 il 6 ay iş kəsildi”, – o bildirib.

Gununsesi.info