Gəncədə 18 yaşlı oğlan dəm qazından zəhərlənib

  • By ilhame
  • 16 Yanvar 2024 20:58

Gəncədə zəhərlənmə faktı qeydə alınıb.

 

Gununsesi.info-nun məlumatına görə, 2006-ci il təvəllüdlü Məhəmməd İmanzadə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

 

Onun vəziyyətinin kafi olduğu bildirilir.

 

Məlumata görə, M.İmanzadə yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.

 

Gununsesi.info