İranda daha 199 nəfər koronavirusun qurbanı olub.
Gununsesi.org IRNA-ya istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.
Məlumata görə, İranda ümumilikdə 13 410 nəfər pandemiyanın qurbanı olub.
Son sutkada daha 2 388 nəfərdə koronavirus aşkarlanıb. Beləliklə, İranda yoluxma faktlarının ümumi sayı 264 561-ə yüksəlib.
Məlumatda həmçinin 3 411 nəfərin ağır vəziyyətdə olduğu, 227 561 nəfərin isə sağaldığı vurğulanıb.
Qeyd edək ki, İran prezidenti Həsən Ruhani ölkəsində koronavirusun ikinci dalğasının başladığını bildirib.
Gununsesi.org
COMMENTS