Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyinin Xarici İşlər Nazirliyinə göndərdiyi notada İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ermənistanın son təxribatı ilə bağlı elan etdiyi mövqeyinin bütün müsəlman dövlətlərinin mövqeyini ifadə etdiyi bildirilib.
Gununsesi.org-un xəbərinə görə, bu barədə XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva “Twitter”də paylaşım edib.
Qeyd olunub ki, səfirlik Dağlıq Qarabağ münaqişənin BMT Təhlükəsizlik Şurası və İƏT-in qətnamələri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını dəstəklədiyini bir daha bəyan edib.
Gununsesi.org
COMMENTS