Azərbaycanlı futbolçunun klubunda iki koronavirus halı aşkarlandı

Azərbaycanlı futbolçunun klubunda iki koronavirus halı aşkarlandı

Azərbaycanlı futbolçu Azər Əliyevin çıxış etdiyi Rusiyanın “Ufa” komandasının iki oyunçusu koronavirusa yoluxub. 

Gununsesi.org xəbər verir ki, bu barədə “Sport-Express”ə klubun Qəyyumlar Şurasının sədri Rostislav Murzaqulov məlumat verib.

Bazar ertəsi isə klubda daha bir yoluxma qeydə alınmışdı. Murzaqulov vəziyyətin mürəkkəbliyini nəzərə alaraq, məşqləri təmassız keçirəcəklərini və kollektivin karantinə göndərilməyəcəyini söyləyib.

Qeyd edək ki, “Ufa” Rusiya Premyer Liqasının XXIX turunda Moskva “Dinamo”su ilə qarşılaşacaq. Azər Əliyev “Ufa”da 2018-ci ilin avqustundan çıxış edir.

 

 

Gununsesi.org

COMMENTS