İranda 163 nəfər həlak oldu

İranda 163 nəfər həlak oldu

Ötən həftə ərzində İranda 596 hadisə nəticəsində 163 nəfər həlak olub.

Gununsesi.org-un məlumatına görə, bunu İranın Təcili Yardım Təşkilatının sədri Pirhüseyn Kulivənd deyib.

P.Kulivəndin sözlərinə görə, hadisələrin 141-i yol qəzaları (24%), 455-i isə digər hadisələr (76%) olub.

Sədr əlavə edib ki, hadisələr nəticəsində 1 536 nəfər yaralanıb.

Təşkilat sədri 1 314 nəfərin tibbi mərkəzlərə yerləşdirildiyini, 222 nəfərə yerində yardım edildiyini deyib.

Gununsesi.org

COMMENTS