İran Prezidenti Venesuelaya tarixi səfər edib

  • By arzu
  • 13 İyun 2023 12:56

İran Prezidenti İbrahim Rəisi Venesuelaya səfər edib. Həm heyətlərarası, həm də baş-başa keçirilən görüş maraqlı açıqlamalarla yadda qalıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki,paytaxt Karakasda bir araya gələn Venesuela Prezidenti Nikolas Maduro və İbrahim Rəisi kameraların qarşısına keçiblər.

HTML tutorial

Mətbuat toplantısında çıxış edən Prezidentlər iki ölkə arasındakı əlaqələrin strateji və dərinliyindən bəhs ediblər. İki ölkə arasındakı ticarət dövriyyəsini 10 milyard dollara yüksəltməkdə fikir birliyi təmin edilib.

Görüş zamanı rabitə, texnologiya, kənd təsərrüfatı, nəqliyyat, aviasiya, dənizçilik, enerji sahlərində işbirliyi üzrə anlaşmalar imzalanıb.

Maduro Prezident Rəisiyə Birinci Dərəcəli “El Libertador” nişanı bağışlayıb.

Rəisi Venesuelada olmaqdan məmnuniyyətini bildirib.

“Zalım imperializmə dirənən Venesuelanın əsalətli, mübariz və əsil dəyərli xalqına hörmətlərimi çatdırıram. Biz çətin zamanların dostuyuq”, – deyə Rəisi söyləyib.

İki ölkə arasındakı ticarət dövriyyəsinin 600 milyon dollardan 3 milyard dollara yüksəldiyini vurğulayan Rəisi qarşıdakı zamanlarda bunu 10 milyard dollara, daha sonra isə 20 milyard dollara çatdıracaqlarını hədəflədiklərini deyib.

Rəisi iki iki ölkənin iqtisadiyyat, ticarət, elm, texnologiya, enerji və mədəniyyət olmaqla, bir çox sahələrdə anlaşmalar etdiyini açıqlayıb.

Maduro isə iki ölkə arasında 25 anlaşmanın imzalandığını bildirib.

 

Tərcümə: Arzu

Gununsesi.info