
İran Cənubi Koreyadakı dondurulmuş aktivlərini yenidən tələb edib.
Gununsesi.info xəbər verir ki, bu barədə İran XİN məlumat yayıb.
Məlumata görə, ölkənin xarici işlər nazirinin müavini Əli Bakiri nüvə müzakirələrinin aparıldığı Avstriyanın paytaxtı Vyanada Cənubi Koreyalı həmkarı Çoi Canq Kun ilə görüşüb.
Bakiri ABŞ sanksiyaları səbəbindən Cənubi Koreya banklarında dondurulmuş İrana məxsus milyardlarla dollar vəsaitin sərbəstləşdirilməli olduğunu bildirib.
O, qeyd edib ki, Cənubi Koreyanın İrana olan borclarını “qanunsuz və ədalətsiz şəkildə ödəməkdən imtina etməsi” iki ölkə arasında münasibətlərin tarixində qara nöqtə olaraq qalır.
Cənubi Koreya xarici işlər nazirinin müavini Çoi Canq Kun bəyan edib ki, Seul hökuməti Tehranla əlaqələrə böyük əhəmiyyət verir və İran aktivlərinin sərbəst buraxılması üçün səy göstərir.
Qeyd edək ki, sözügedən məbləğin 7-9 milyard dollar olduğu bildirilir.
Gununsesi.info