
İtaliyadan Hindistana planlaşdırılan uçuşda 179 sərnişindən 125-də COVID-19 aşkar edilib.
Gununsesi.info BBC-yə istinadən xəbər verir ki, dünən günorta İtaliyanın Verona şəhərindən Hindistanın Amritsar şəhərinə enən təyyarədə uşaqlar və körpələr istisna olmaqla, 179 sərnişindən 160-ı test edilib.
Sərnişinlərdən 125-də COVID-19 testi müsbət çıxıb.
Hindistanın səhiyyə orqanları COVID-19-a yoluxan sərnişinlərin karantinə alınacağını açıqlayıb.
Hindistan Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saat ərzində 90 mindən çox yeni yoluxma halı qeydə alınıb, 325 nəfər isə virusa görə dünyasını dəyişib.
Epidemiya başlayandan bəri ölkədə 35 milyondan çox yoluxma qeydə alınıb, 483 minə yaxın insan dünyasını dəyişib.
Gununsesi.info