BMT Qazaxıstanla bağlı çağırış etdi

  • By admin
  • 06 Yanvar 2022 21:37

Birləşmiş Millətlər Təşkilatı (BMT) Qazaxıstanda zorakılıqdan çəkinməyə çağırıb.

Gununsesi.info xəbər verir ki, bu barədə təşkilatın Baş katibi ofisi məlumat yayıb.

Bildirilib ki, BMT-nin xüsusi nümayəndəsi Qazaxıstanın xarici işlər nazirinin müavini ilə telefon danışığı keçirib.

Məlumatda qeyd edilib ki, BMT Qazaxıstan hakimiyyəti ilə bir sıra təmaslar aparıb, vəziyyəti yaxından izləməkdə davam edir.

 

 

Gununsesi.info