
Polşadan Belarusa qaçan əsgərə qarşı “Fərarilik” maddəsi ilə cinayət işi açılıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Polşa Hərbi Jandarma İdarəsi tviterdə məlumat yayıb.
Adı açıqlanmayan əsgər bir ildən on ilədək müddətə azadlıqdan məhrum edilə bilər. Onun hansı səbəbdən sərhədi pozaraq Belarusa keçdiyi açıqlanmır.
Artıq Belarusa qaçan polşalı əsgərin komandirləri işdən çıxarılıb. Polşalı hərbçi Belarusdan siyasi sığınacaq da istəyib.
Gununsesi.info