“İrəvanla Bakı arasında sülh sazişinin hazırlanmasına kömək etməyə hazırıq”

“Rusiya Azərbaycanla Ermənistan arasında sülh sazişinin hazırlanmasına hər cür yardım göstərməyə hazırdır”.

Gununsesi.info xəbər verir ki, bunu “TASS”a müsahibəsində Rusiya XİN-in MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar deyib.

HTML tutorial

“Biz bundan sonra da Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və Bakı ilə İrəvan arasında sülh sazişinin hazırlanmasına hər cür köməklik göstərməyə hazırıq”, – deyə Qonçar qeyd edib.

O, ölkəsinin bu məqsədlər üçün Rusiyada yüksək səviyyəli üçtərəfli görüşlərin təşkilinə hazır olduğunu da vurğulayıb.

Gununsesi.info