Gəncədə Prokurorluğun şəhid əməkdaşının anım günü keçirilib

  • By admin
  • 21 Noyabr 2022 10:35

44 Günlük Vətən savaşında öz qəhrəmanlığı ilə seçilən Gəncə Şəhər Prokurorluğunun şəhid əməkdaşı Yüksəl Əlizadənin anım günü keçirilib.

Gununsesi.info-nun Gəncə Bürosunun xəbərinə görə, şəhidimizin anım günündə yüzlərlə insan Şəhidlər Xiyabanında onun məzarını ziyarət edib.

Tədbir iştirakçıları Vətən müharibəsinə könüllü yollanan Yüksəlin qəhrəmanlıqlarından danışıb.

Bildirilib ki, 19 güllə yarası alan Yüksəl müharibənin son günlərinə qədər çətin döyüş yolu seçib.

9 noyabr 2020-ci ildə  Xocavənd ərazisində gedən döyüşlərdə düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə yüksəlmişdir.

20 noyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunmuşdur.

Qeyd edək ki, Yüksəl Əlizadə Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra),  Prezidentin 18 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Döyüşdə fərqləndiyinə görə” (ölümündən sonra) və   Prezidentin  25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” (ölümündən sonra) medalları ilə təltif olunmuşdur.

Günay Təhməzova

Gununsesi.info